AZ

“Mançester Siti”nin liderləri qayıdır

“Mançester Siti”nin aparıcı futbolçuları zədələrini sağaldıblar.

Msport.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Rodri və hücumçu Erlinq Halanddan gedir.

“Şəhərlilər”in liderləri artıq məşqlərə qoşulublar. Haland topuq zədəsindən, Rodri isə çarpaz bağların qopmasından sonra bərpa olunub. Onların tezliklə məşqçilər korpusunun sərəncamında olması gözlənilir.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 34 turdan sonra 61 xalla dördüncü pillədə qərarlaşır.

Seçilən
0
msport.az

1Mənbələr