Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Tullantıları İdarəetmə Mərkəzi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Financial Reporting Center" MMC-dir.
Qalib şirkətə 1 830 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 2 799 manat ödənilib.