Cənubi Koreyanın səlahiyyətlərini icra edən prezidenti, baş nazir Han Dok Su istefa verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi xəbər verib.
İyunun 3-də dövlət başçısının seçkiləri keçiriləcək. Ehtimal ki, Han Dok Su bu seçkilərdə öz namizədliyini irəli sürəcək, agentlik qeyd edib. Təxminən bir saat əvvəl Koreya Respublikasının Ali Məhkəməsi prezident yarışının favoriti Li Ce Myonun işi üzrə qərar elan edib. İnstansiya onun bəraəti ilə razılaşmayıb. İttiham hökmü Li Ce Myonu namizədliyini irəli sürmək hüququndan məhrum edə bilər.