"Azərbaycan və İran münasibətləri bu gün regionun təhlükəsizliyi, iqtisadi sabitliyi və mədəni harmoniyası baxımından strateji əhəmiyyət kəsb edən bir mərhələyə qədəm qoyub. Aprelin 28-də Bakıda iki ölkənin dövlət başçılarının keçirdiyi görüş bu istiqamətdə həm rəmzi, həm də real nəticələr doğuran əlamətdar hadisə olub". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bu münasibətlərin təkcə diplomatik səviyyədə deyil, həm də geosiyasi, iqtisadi və humanitar müstəvidə dərinləşdiyini göstərir. Siyasi münasibətlərin əsasını qarşılıqlı hörmət, qeyri-müdaxilə prinsipi və suverenliyin tanınması təşkil edir. Dövlətimizin başçısı bəyanatında bildirib: "Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır". Bu fikir Azərbaycanın İrana münasibətində səmimiyyət və ardıcıllığın olduğunu göstərir. Bu əlaqələr uzunmüddətli strateji baxışa əsaslanır. Tərəflərin suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsipinə bağlılığı Cənubi Qafqazda və Yaxın Şərqdə sabitliyin qorunmasına xidmət edir. Cənab İlham Əliyevin sözləri ilə desək: "İkitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31