Bakı, 1 may, AZƏRTAC
Türkiyənin Antalya şəhərində güləş üzrə Zəfər kubokuna start veriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, U-17 yaş qrupu üzrə keçiriləcək ənənəvi yarışda Azərbaycanın qızlardan ibarət komandası da mübarizə aparacaq.
Üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi – Günel Quliyeva (40 kiloqram), Nəzrin Əhmədli (46 kiloqram), Xədicə Qurbanzadə (49 kiloqram), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kiloqram), Ülviyyə Musayeva (57 kiloqram), Esra Məmmədli (61 kiloqram), Fidan Babayeva (65 kiloqram) və Milana Bağırzadə (69 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Zəfər kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.