Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidi baxımsızlıq ucbatından dağılıb.
Bunu Bakıvaxtı.az-a tarixçi alim Elnur Nəciyev deyib.
Onun sözlərinə görə, 748-749-cu illərə aid Əbu Müslüm məscidinin taxtalarından futbol qapısı kimi istifadə olunur.
Onun sözlərinə görə, acınacaqlı durumda olan məscidin yeni fotolarını ictimailəşdirəndn sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Xidmətindən məktub alıb. Məktubda məsələyə növbəti illərdə baxılacağı qeyd olunub.
“Hələlik real və konkret heç bir tədbir görülməyib", - deyə E.Nəsiyev bildirib.
Elnur Nəciyev, tarixçi alim
Tarixçi alim bildirib ki, Azərbaycanda çox sayda tarixi abidəyə zərər verildiyini görsə də, Əbu Müslüm məscidinin vəziyyəti ilə heç yerdə qarşılaşmayıb: taxtalarından futbol qapısı düzəldilən, dirəkləri kənd klubuna daşınan, oturacaq kimi istifadə edilən belə qədim bir məscidə münasibət misilsizdir.
Qeyd edək ki, Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidi (748/749) ölkənin ən qədim üç məscidindən biridir.
Nuriyyə Musayeva