“Liverpul” yay transfer dönəmində rekord məbləğdə xərc planlaşdırır.
Msport.az xəbər verir ki, klub rəhbərliyi tarixdəki ən böyük transfer büdcələrindən birini ayıracaq.
Məqsəd 21-ci – rekord çempionluq tituluna nail olmaqdır. “Qırmızılar” başa düşür ki, növbəti mövsüm rəqabət daha da artacaq və buna görə də yayda fəallıq göstərəcəklər.
Qeyd olunur ki, “Liverpul”un əsas transfer hədəfləri mərkəz hücumçusu və sol cinah müdafiəçisidir.