Hollandiyalı yarımmüdafiəçi Frenkie de Yonq yay transfer pəncərəsində "Barselona" klubunu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Məlumata görə, yarımmüdafiəçi ilə İngiltərə Premyer Liqasının iki top klubu maraqlanır.
Söhbət “Arsenal” və “Liverpul” komandalarından gedir.
"Mavi qranatlar"ın rəhbərliyi hollandiyalının satışından 50-70 milyon avro qazanacağını gözləyir.
"Transfermarkt" 27 yaşlı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.