Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna start verilib.
Offsideplus.az xəbər verir ki, yarışda 25 ölkədən 175 idmançı bacarığını göstərəcək.
Turnirin birinci günündə fərdi yarışlar keçiriləcək.
Böyüklər çoxnövçülüyün təsnifatı çərçivəsində halqa və topla çıxışlar edəcəklər.
Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.