AZ

ABŞ-dakı miqrantlar qeyri-adi formada kömək istəyiblər

Reuters: ABŞ-dakı miqrantlar bədənləri ilə SOS siqnalı göndərirlər...

Texas immiqrasiya təcridxanasında saxlanılan miqrantlar öz bədənləri ilə SOS siqnalı veriblər.

Poliqon xəbər verir ki, bu barədə “Reuters” Agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, miqrantlar təhlükəli Venesuela bandasının üzvləri olduqları müəyyən edildikdən sonra qeyri-adi etiraz aksiyası keçiriblər.

Qurumun açıqlamasında bildirilir ki, saxlanılan 7 nəfərin ailələri dəstə üzvü olmadıqlarını bildiriblər və sənədləri imzalamaqdan imtina ediblər.

Tədbirdə 30-dan çox kişi iştirak edib. Üstəlik, bu, kortəbii bir qərar olub. Saxlanılan şəxslər səmada dron görəndə bədənləri ilə SOS işarəsi yaradıblar.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr