ABŞ-ın müdafiə naziri Pit Heqset dünən İrana xəbərdarlıq edib ki, Yəməndəki Husi milislərinə verdiyi dəstəyin əvəzini ödəyəcək.
"İrana mesaj: Husilərə ölümcül dəstəyinizi görürük. Biz sizin nə etdiyinizi dəqiq bilirik. Siz Amerika ordusunun nəyə qadir olduğunu dəqiq bilirsiniz və sizə xəbərdarlıq edilib. Bunun əvəzini seçdiyimiz vaxt və yerdə ödəyəcəksiniz”, – Heqseth “X”də yazıb.
İran lideri Xameneyi daha əvvəl demişdi ki, husi yaraqlıları öz qərarlarını müstəqil qəbul edirlər.