Bakı. Trend:
ABŞ Ukrayna ilə minerallar (faydalı qazıntılar) haqdamüqavilənin imzalanmasından sonra Kiyevə 50 milyon dollarməbləğində silah və hərbi texnika satmaq niyyətindədir.
Trend xəbər verirki, bu haqda “Kyiv Post” öz mənbələrinə istinadən məlumatyayıb.
Tədarüklər birbaşa satışlar yolu ilə həyata keçiriləcək. Nəşrinyazdığına görə, bu, Donald Trampın ABŞ prezidenti postunagəlişindən sonra Vaşinqtonun Ukrayna ilə bağlı ilk beləsövdələşməsi olacaq.
Belə ki, öncəki hərbi yardımdan fərqli olaraq, tədarüklər sırfkommersiya əsaslarında həyata keçiriləcək.
Qeyd edək ki, bu gecə (1 may) ABŞ və Ukrayna minerallar haqdamüqavilə bağlayıb. Sənədin tam mətni dərc olunub. Məlumata görə,sənəddə Ukrayna üçün birbaşa təhlükəsizlik təminatları nəzərdətutulmayıb. Lakin sənəd ABŞ-nin gələcəkdə göstərəcəyi hərbiyardımların Vaşinqtonun ümumi investisiya fonduna töhfəsi kimiqəbul olunmasına imkan verir.