Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.
Viral.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.
Son Yazılar:
- İntiqam Babayevə yeni vəzifə VERİLDİ
- Dünən bank kartlarından 30 min manat OĞURLANDI
- Samuxda 62 min manatlıq oğurluq EDİLDİ
Qeyd edək ki, İ. Babayev 2000-2021-ci illərdə gənclər və idman nazirinin müavini işləyib. 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinə qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini olub. Daha sonra sözügedən qoruğun Aparat rəhbəri vəzifələrini müvəqqəti icra edib.