UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu olmağa namizədlərin adları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu ada PSJ-dən Vitinya və ya "İnter"dən Denzel Dumfris layiq görülə bilər.
"Arsenal"la oyunda ötürmələrinin 96,2 faizi dəqiq olan Vitinya 1:0 hesablı səfər qələbəsində böyük rol oynayıb. O, matçın ən yaxşısı seçilsə də, mükafakatını qapıçı Canluici Donnarummaya bağışlayıb.
Denzel Dumfris isə "Barselona" - "İnter" (3:3) qarşılaşmasında 1 qol vurub və 1 məhsuldar ötürmə verib.