AZ

"Mançester Yunayted" və "Yuventus" "Atalanta"nın futbolçusu ilə maraqlanır

"Atalanta"nın yarımmüdafiəçisi Ederson nəhəng klubların maraq dairəsinə düşüb.

"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını başqa klubda davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Tuttosport" saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı braziliyalını yay transfer pəncərəsində futbolçu ilə müqavilə imzalamaq niyyətində olan "Mançester Yunayted" və "Yuventus" transfer etmək istəyir.

Ederson bu mövsüm 45 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Seçilən
0
operativmedia.az

1Mənbələr