ABŞ-ın müdafiə naziri Pit Heqset İrana Yəməndə husilərə dəstək verdiyinə görə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Heqset bu barədə “X” hesabında yazıb.
"İrana mesaj! Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizin fərqindəyik. Siz ABŞ ordusunun nə edə biləcəyini çox yaxşı bilirsiniz, sizə daha əvvəl xəbərdarlıq edilmişdi. Bunun nəticələrini bizim seçdiyimiz vaxt və yerdə ödəyəcəksiniz", - deyə o yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 15-də ABŞ ordusuna Yəməndə İranın dəstəklədiyi husilərə qarşı irimiqyaslı hücuma başlamaq əmri verib. Bunun ardınca ABŞ Mərkəzi Komandanlığı Yəmənin müxtəlif bölgələrində husilərin hədəflərinə intensiv hava zərbələri endirməyə başlayıb. Cavab olaraq ABŞ gəmilərini və pilotsuz təyyarələrini hədəfə alan husilər də İsrailə hücumlarını davam etdirib.