AZ

Azərbaycan tomat ixracından gəlirlərini 2,8 milyon dollar artırıb

Bakı. Trend:

Cari ilin mart ayında Azərbaycandan 17,8 milyon ABŞ dollarıdəyərində tomat ixrac edilib.

Bu barədə Trend İqtisadiİslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxracİcmalı”nın aprel sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,8 milyon ABŞ dolları və ya 18,7% çoxdur.

Ötən ilin mart ayında Azərbaycandan 15 milyon ABŞ dollarıdəyərində tomat ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü iləmüqayisədə 14,7% artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr