AZ

Bölgə klubunu Bakı səfəri öncəsi həyəcanlandıran xəbər – ANŞLAQ OLACAQ

Azərbaycan II Liqasında çempionluq mübarizəsi aparan “Şəfa” və “Şahdağ Qusar” arasında keçiriləcək matça maraq yüksəkdir.

İdmanxeber.az-a verilən məlumata görə, qarşılaşmaya artıq 3500 bilet satılıb. Oyun gününə qədər bu rəqəmin artacağı gözlənilir. “ASK Arena”da baş tutacaq görüşdə tribunaların tam dolacağı gözlənilir. Belə olacağı təqdirdə bu, II Liqa üçün azarkeş sayına görə rekord göstərici olacaq.

Onu də əlavə edək ki, “Şahdağ Qusar” matça azarkeş gətirməyəcək. Bu barədə bölgə təmsilçisi rəsmi şəkildə “Şəfa”nı və Peşəkar Futbol Liqasını xəbərdar edib.

“Şəfa” – “Şahdağ Qusar” oyunu bazar günü baş tutacaq. Qarşılaşma saat 16:00-da start götürəcək.

 

Seçilən
0
idmanxeber.az

1Mənbələr