
Abşeron yarımadasında neft və qaz hasilatı ilə məşğul olan şirkətlərin rəhbər heyəti, “Balakhani Operating Company LTD”-nin təşəbbüsü ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Xalqa layiqli xidmət” adlı tədbirdə iştirak ediblər. Tədbirdə Xalq yazıçısı Elmira Axundova, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov və digər qonaqlar iştirak ediblər.Elmira Axundova tədbirdə çıxış edərək, Heydər Əliyevin həyatına həsr etdiyi çoxcildli əsərləri yazarkən 250-dən çox müsahibə apardığını bildirib. O, həmçinin Heydər Əliyevin gənclərə verdiyi önəmi və onların inkişafına göstərdiyi dəstəyi qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfələri və onun siyasi irsinin əhəmiyyətini vurğulayıblar. Onlar, həmçinin, Yeni Azərbaycan Partiyasının Ulu Öndərin rəhbərliyi ilə təsis olunduğunu və bu partiyanın ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd ediblər.Tədbirin sonunda Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildli nəşri müəllifin imzası ilə “Balakhani Operating Company LTD”-nin kitabxanasına hədiyyə edilib.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Oliver Stoun: Son üç ildə Qərbdən məyus oldum
Qəzzada Aclıq Səssizcə Öldürür: İcma Mətbəxləri Bağlanmaq Üzrədir - FOTO - VİDEO
Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək - VİDEO