İtaliyanın "Atalanta" klubunun yarımmüdafiəçisi Ederson yeni mövsümdən karyerasını başqa klubda davam etdirə bilər.
“Report” “Tuttosport”a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı ilə "Mançester Yunayted" və "Yuventus" yaxından maraqlanır.
Hər iki komanda futbolçunu yay “transfer pəncərəsi”ndə heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Ederson cari mövsüm meydana çıxdığı 45 oyunda 5 qola və 2 məhsuldar ötürməyə imza atıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.