"Sabunçu rayonun Balaxanı qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli deyib.
"Hadisə Balaxanı qəsəbəsi ərazisində saat 20:13-də qeydə alınıb. "Mercedes" markalı 99-HC-864 dövlət nömrə nişanlı avtomobil "VW Passat" markalı 99-HN-745 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes"in sürücüsü və sərnişini xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
***10:00
Bu gün gecə saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, faciəvi qəza Balaxanı-Binəqədi yolunda qeydə alınıb.
İlkin məlumata görə, "Mercedes" markalı avtomobil maneəyə çırpılıb və aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Zərbə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı daha detallı məlumatlar üçün aidiyyəti qurumlara sorğu verilib.