Heyətində Lebron Ceyms və Luka Donçiç kimi ulduz basketbolçuların yer aldığı Los Angeles Lakers sensasiyalı şəkildə NBA-da mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, komanda pley-offların birinci mərhələsində Minnesota Timberwolvesə təslim olub.
Maraqlıdır ki, Los Angeles Lakers Qərb konfransında rəqibini 1 pillə üstələyərək 5-ci yerdə qərarlaşmışdı. Lakin pley-offda məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmayıb.
NBA pley-offs, birinci mərhələ (1/8 final)
Houston Rockets- Golden State Warriors 131:116
seriyada hesab - 3:2
Los Angeles Lakers - Minnesota Timberwolves 96:103
seriyada hesab - 1:4
*ən tez 4 qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir