AZ

Neftdə üfüqi tendensiya

Neft 2021-ci ildən bəri ən böyük aylıq enişini davam etdirdi. Çünki Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC+ ittifaqının uzunmüddətli yüksək hasilat dövrünə girə biləcəyinə dair işarələr ticarət müharibəsinin tələbata zərər verəcəyinə dair narahatlıqları artırdı.

İyul çatdırılması üçün “Brent” nefti çərşənbə günü 3,5 faiz ucuzlaşdıqdan sonra barrel üçün 61 dollar civarında satılıb, ABŞ xam nefti isə 58 dollar ətrafında idi.

“Reuters” xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmiləri müttəfiqlərinə və sənaye ekspertlərinə krallığın uzun müddət aşağı qiymətlərə tab gətirə biləcəyini bildirib və bu, ən böyük neft ixracatçısının OPEC+-ı gələn həftə növbəti tədarük artımına təkan verməyi planlaşdırdığına dair gözləntiləri artırır.

Xam neft, OPEC+-ın bu aydan etibarən hasilatı gözlənildiyindən daha çox artırmaqla bağlı gözlənilməz qərar verməsindən və Qayana kimi qeyri-üzv ölkələr də hasilatı artırdıqdan sonra aprel ayında dəyərinin 16 faizini itirmişdi. Ticarət müharibəsi ABŞ-dan Çinə qədər iqtisadiyyatlara təsir etməyə və enerji tələbi ilə bağlı perspektivləri təhlükə altına salmağa başladığı bir vaxtda, “Morgan Stanley” kimi banklar tədarükün artıq olması barədə xəbərdarlıq ediblər.

Seçilən
0
vaxt.az

1Mənbələr