AZ

Mask “Tesla”dan ayrılması ilə bağlı şayiələrə cavab verib

İlon Mask WSJ-nin “Tesla”nın yeni CEO axtarışına dair məqaləsini yalan adlandıraraq təkzib edib...

“The Wall Street Journal” qəzetinin “Tesla”nın yeni baş direktor axtarışına başladığı barədə xəbəri doğru deyil.

Poliqon xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

““The Wall Street Journal”ın qəsdən yalan dərc etməsi və “Tesla”nın direktorlar şurasının açıq-aşkar təkzibini daxil etməməsi etik standartların son dərəcə ciddi pozulmasıdır”, deyə Mask təkzib mətnində bildirib.

Qeyd edək ki, bu günkü nömrəsində WSJ “Tesla”nın Direktorlar Şurasının avtomobil şirkətinin baş direktoru vəzifəsinə İlon Maskın yerinə yeni CEO axtardığını yazıb.

Xəbərdə qeyd edilir ki, “Tesla” İdarə Heyəti üzvləri şirkətiə yeni CEO tapmaq üçün rəsmi olaraq bir neçə icraçı axtarış firması ilə əlaqə saxlayıb.

Xatırladaq ki, aprelin əvvəlində Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla”nın səhmləri bir səhm üçün 214 dollara qədər ucuzlaşıb.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr