AZ

Azərbaycan Nepalla investisiya əməkdaşlığı ilə bağlı məsləhətləşmələr keçirib

Azərbaycan və Nepal Katmanduda ilk Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirərək, diplomatik münasibətlərdə yeni bir səhifə açıblar.

"Report" xəbər verir ki, bu barədə Nepal KİV-i yazıb.

Məsləhətləşmələr Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Nepala səfəri çərçivəsində təşkil edilib.

Nepal nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Ray rəhbərlik edib. Tərəflər qarşıdakı illərdə Nepal və Azərbaycan arasında tərəfdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını ifadə ediblər.

Müzakirələrin əsas mövzuları ikitərəfli ticarət və investisiyaların genişləndirilməsi, turizm və mədəni mübadilə, təhsil sahəsində əməkdaşlıq, iqlim dəyişikliyi ilə mübarizədə birgə təşəbbüslər olub.

Qurumların nümayəndələri regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın zəruriliyini və “yaşıl enerji” sahəsində tərəfdaşlıq üçün potensialın mövcudluğunu vurğulayıblar.

Tərəflər “yaşıl enerji”nin inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi barədə razılığa gəliblər və bərpa olunan enerji, xüsusilə günəş və külək enerjisi sahəsində birgə layihələr üçün potensialı müzakirə ediblər.

Məlumat yenilənir

Seçilən
0
4
report.az

5Mənbələr