AZ

Yaponiyada avtomobil məktəblilərin üzərinə sürüldü

Yaponiyanın Osaka şəhərində yerli ibtidai məktəbin yaxınlığında avtomobil bir qrup uşağın üzərinə sürülüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 7 uşaq xəsarət alıb. Zərərçəkənlərdən 6-sı huşunu itirib və həkimlər onlara lazımi köməklik göstəriblər. Daha bir uşağın vəziyyəti dəqiqləşdirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Onlar hadisənin bütün hallarını və qəzaya səbəb olan səbəbləri müəyyən etmək üçün araşdırma aparırlar. Hadisənin təfərrüatları və qəzaya səbəb olan şəxsin vəziyyəti ilə bağlı məlumat hələlik açıqlanmayıb. 

Gülayə Mecid

Seçilən
0
1
unikal.az

3Mənbələr