AZ

Fransa özünün HIMARS sistemini təqdim edir, lakin…

Fransa HIMARS sisteminin öz analoqunu - Foudre raket sistemini inkişaf etdirir. Turgis Gaillard şirkəti yeni məhsul üzərində işləyir və artıq iki ildir ki, işlər davam edir.

Herbiand.az bildirir ki, “Challenges” nəşri son vaxtlara qədər məlum olmayan layihədən bəhs edib. Məlum olub ki, sistem yalnız 2026-cı ildə – Le Burje aviaşousunda ictimaiyyətə nümayiş etdiriləcək.

Şirkət 2027-ci ilin sonunda istifadədən çıxmalı olan Fransa Ordusunun köhnəlmiş LRU-larını dəyişdirməyi hədəfləyir. Onlardan 4-ü Ukraynaya çatdırılıb. Hazırda isə Fransa silahlı qüvvələrinin yalnız 6 və ya 7 belə sistemi işlək vəziyyətdədir. Onlardan üçü NATO-nun şərq cinahında sülhməramlı missiyanın bir hissəsi kimi Rumıniyada yerləşdirilib.

Ukraynanın “Defence Express” nəşri qeyd edir ki, yeni məhsul “inkişafın çox erkən mərhələsindədir” və prosesdə maliyyə problemləri yaranıb. Belə ki, tərtibatçının hətta yeni bir şassi üçün kifayət qədər vəsaiti çatmayıb. Start qurğusu çox güman ki, Renault-dan TRM 10000 yük maşınına quraşdırılıb.

Digər problemli məsələ isə istənilən raket sisteminin əsas komponenti olan döyüş sursatıdır. Mütəxəssislərin fikrincə, bu sistem üçün Hindistan raketlərinin istifadəsi ən azı bu onilliyin sonuna qədər əsas variant olacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr