AZ

Ukrayna və Avropa Trampın 22 şərti ilə razılaşıb

Kelloq bildirib ki, Kiyev və Aİ münaqişənin həlli üçün 22 şərtlə razılaşıblar...

ABŞ Ukrayna hakimiyyəti və Avropa ölkələrinin münaqişənin həlli çərçivəsində razılaşdığı 22 konkret şərt alıb.

Poliqon xəbər verir ki, bunu Ağ Evin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox News kanalına deyib. Kelloqun sözlərinə görə, qərar Londonda aparılan danışıqlardan sonra qəbul edilib.

“Onların razılaşdıqları 22 konkret şərtimiz var”, deyə Kelloq telekanala bildirib.

Xüsusi nümayəndə əlavə edib ki, hər iki tərəf Ukraynada hərbi əməliyyatları tamamilə dayandırmaq niyyətindədir. Məhz bu şərtlərlə ən azı 30 gün ərzində sülh razılaşmasına nail olmaq mümkün olacaq.

“30 gün niyə vacibdir? Çünki bu, daimi sülh təşəbbüsü yarada bilər”, deyə Trampın xüsusi nümayəndəsi qeyd edib.

Xatırladaq ki, atəşkəs Ukrayna danışıqlarında ABŞ prezidenti Donald Trampın əsas tələblərindən biridir.

Bundan əvvəl Kelloqq qeyd edib ki, Ukrayna nizamlanması çərçivəsində ABŞ Rusiyanın tələbləri ilə qismən razılaşmağa hazırdır. Söhbət Moskvanın ərazi iddialarından gedir. Xüsusi nümayəndənin sözlərinə görə, Kiyev Moskvanın hazırda işğal etdiyi əraziləri verməyə hazırdır, lakin bunu hüquqi cəhətdən daimi olaraq tanımaq istəmir.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr