“Real”ın müdafiəçiləri David Alaba və Ferlan Mendi bu gün əməliyyat olunacaqlar.
İdmanxeber.az-ın məlumatına görə, iki oyunçu da uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Madrid klubunun tibbi heyəti Alabada sol dizin daxili meniskinin qopmasını, Ferlan Mendidə isə sağ budun ön əzələsində proksimal vətərin yırtığını aşkarlayıb.
Zədələrin bərpası üçün hər iki oyunçuya cərrahi müdaxilə ediləcək.