AZ

Bu tarixdə Xıdırəlləz ritualını edin, arzularınız qəbul olacaq – Astroloqdan DETALLAR

“May ayının 5-dən 6-na keçən gecə tarixi və astroloji olaraq pozitiv enerjiləri təmsil edən gündür”.

Tribunainfo.az xəbər verir ki, azərbaycanlı astroloq Aytən Salaminin sözlərinə görə bu tarixlərdə Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü gün kimi qeyd olunur. Həmin gecə dualar edilərək, diləklər tutulur.

Astroloqun sözlərinə görə, həmin gecə bütün dilək və dua qapıları açıq olur.

Rituala gəldikdə isə ağ vərəqə qırmızı qələmlə arzu və diləklərinizi inanaraq, olmuş kimi düşünüb yazın. Həmin vərəqi bir yerdə saxlaya da bilərsiniz. Yaxud da yandırıb küllərini bitki və ağac dibinə tökə bilərsiniz.

“Hər nə baş verir versin, hər şeyin sizin xeyrinizə olacağına inanın. Dualarınızı və niyyətlərini qəbul olsun”.

Dəniz Pənahova

Seçilən
0
tribunainfo.az

1Mənbələr