BAKI, 1 may. TELEQRAF
Qəzza zolağında 6 aydan 2 yaşa qədər olan körpələrin 90%-dən çoxu əsas qidadan məhrum olub.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin işğal olunmuş Fələstin ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Bildirilir ki, İsrailin davam edən blokadası və keçidlərin bağlanması nəticəsində Qəzza zolağında qida çatışmazlığından müalicə alan uşaqların sayı 2025-ci ilin mart ayı ilə müqayisədə 80% artıb.
Ofisin məlumatına görə, qidaya çatımlığın olmaması uşaqları ciddi sağlamlıq risklərinə məruz qoyur.
Departament həmçinin bildirib ki, Qəzza zolağının əhalisinin 65%-nin içməli suya çıxışı yoxdur.