AZ

Tramp: ABŞ Ukrayna razılaşmasından 350 milyard dollardan çox pul qazana bilər

BAKI, 1 may. TELEQRAF

ABŞ Ukrayna ilə yeraltı sərvətlərə dair razılaşmadan 350 milyard dollardan çox vəsait ala bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalında deyib.

"Bu gün biz sövdələşmə bağladıq ki, biz nəzəri olaraq 350 milyard dollardan çox pul ala bilərik", - deyən dövlət başçısı nadir torpaq metallarının Kiyev üçün "böyük sərvət" olduğunu qeyd edib .

Siyasətçi izah edib ki, Ukrayna onun sələfi Co Baydenin prezidentliyi dövründə ABŞ-dan maliyyə tranşları və silah tədarükü ilə 350 milyard dollar alıb.

Aprelin 30-da ABŞ və Ukrayna arasında nadir torpaq metalları haqqında saziş imzalanıb. Sazişə əsasən Ukrayna təbii sərvətləri və infrastrukturu üzərində tam nəzarəti özündə saxlayacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr