AZ

Qazaxıstan əcnəbilər üçün “Qızıl viza” tətbiq edir

BAKI, 1 may. TELEQRAF

Qazaxıstan hakimiyyəti investor vizası almaq üçün yeni qaydaları təsdiqləyib. Qaydaya əsasən, "qızıl viza"ya sahib əcnəbi iş adamları on ilə qədər yaşayış icazəsi alacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya qiymətli kağızlara ən azı 300 min dollar sərmayə qoyan əcnəbilər viza üçün müraciət edə bilərlər.

Xarici İşlər Nazirliyi hesab edir ki, “qızıl viza”ların verilməsi xarici investorlar üçün əlverişli və proqnozlaşdırıla bilən mühit yaradacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr