Dünyaca məşhur Hollivud aktyoru Morqan Friman illərdir qulağındakı qızıl sırğalarını çıxarmamasının səbəbini açıqlayıb.
Axşam.az-ın “Daily mail”ə istinadən məlumatına görə, aktyor sırğaların sadəcə bir zinət əşyası deyil, həm də tarixi və funksional dəyərə malik olduğunu bildirib:
“Əgər bilmədiyim bir yerdə ölsəm, bu sırğalar mənə bir tabut ala biləcək qədər kömək edəcək”.
Onun sözlərinə görə, bu fikir qədim dəniz piratlarından qaynaqlanır.
“Əvvəllər dənizçilər də bu səbəbdən sırğa taxırdılar və mən də bu ənənəni davam etdirirəm” deyə, 87 yaşlı aktyor əlavə edib.
Qeyd edək ki, Hollivud ulduzu 35 yaşından sırğa taxır.
Telegram kanalımız