AZ

Meta “ChatGPT” ilə rəqabət aparmaq üçün yeni süni intellekt tətbiqi istifadəyə verib

“Meta” şirkəti “WhatsApp”, “Instagram”, “Facebook” və “Messenger” platformalarından sonra indi ayrıca süni intellekt tətbiqini istifadəyə verib. 

Valyuta.az xəbər verir ki, yeni tətbiq çərşənbə axşamı keçirilən “LlamaCon” tədbirində təqdim olunub və istifadəçilərə “ChatGPT” və digər oxşar tətbiqlər kimi “Meta AI” funksiyalarına birbaşa çıxış imkanı yaradır.

Şirkət bu tətbiqlə fərqlilik yaratmaq üçün illərdir topladığı istifadəçi məlumatlarına əsaslanaraq fərdiləşdirilmiş cavablar təqdim edir. “Meta”nin açıqlamasına görə, tətbiq istifadəçinin “Facebook” və “Instagram” kimi platformalarda paylaşdığı məlumatları əsas götürərək daha uyğun cavablar verə bilər. Bu xüsusiyyətlər ilkin olaraq yalnız ABŞ və Kanadada əlçatan olacaq.

İstifadəçilər əlavə məlumatları təqdim edərək tətbiqin onları daha yaxşı tanımasına şərait yarada bilər. Məsələn, laktaza dözümsüzlüyünüz varsa, AI bunu yadda saxlayacaq və müvafiq tövsiyələrdən çəkinəcək.

Lakin bu fərdiləşmə yanaşması şəxsi məlumatların necə istifadə olunacağı ilə bağlı narahatlıqlar da doğurur. “Meta” bu məlumatları reklam məqsədilə istifadə edə bilər ki, bu da onun əsas gəlir mənbəyidir.

Tətbiqə “Discover” adlı sosial lent də əlavə olunub. Burada istifadəçilər süni intellektlə qarşılıqlı əlaqələrini məsələn, AI-dan özlərini üç emosiya ilə təsvir etməsini dostları ilə bölüşə bilərlər. Bu paylaşımlar yalnız istifadəçinin istəyi ilə lentə düşəcək.

"Meta"nın bu addımı fərdi süni intellekt bazarında rəqabəti artıracaq və yaxın gələcəkdə digər ölkələrdə də tətbiqin istifadəyə veriləcəyi gözlənilir.

Sərvanə Rəmixanova

Seçilən
0
valyuta.az

1Mənbələr