İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istəyib.
Bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
"Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan (meşə yanğınlarının söndürülməsi üçün) havadan dəstək istədim", - məlumatda qeyd olunub.
Qeyd edək ki, çərşənbə günü səhər Qüdsün qərbində meşə yanğınları başlayıb və sürətlə nəzarətdən çıxıb. Hakimiyyət bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyyə edildiyini elan etməli və bir neçə yolu bağlamalı olub. İsrailin Aşkelon, Beer Şeva, Modiin və s. şəhərlərində Müstəqillik Günü tədbirləri hava şəraitinə görə ləğv edilib.
Forest fires in Jerusalem due to high heat and strong winds on Israel’s Independence Day.⁰Of course, arsonists were caught. pic.twitter.com/3ICtVfoG3g
— Captain Eli (@TheCaptainEli) April 30, 2025