Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqla ittiham olunan Sərraf Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişlərin şikayət təmin edilib, onun 6 il müddətə azadlıqdan məhrumetmə cəzası 7 ilə qaldırılıb.
İttihama görə, şirkət rəhbəri olan Sərraf Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, zərərçəkmişlərə qarşı ümumilikdə 130 min manata yaxın dələduzluq edib. Sərraf Əliyev Belarusiyadan ölkə ərazisinə dərman vasitələri idxal edib satışını təşkil etməklə sərmayə olaraq qoyulmuş pul vəsatindən əlavə olaraq da qazanc əldə edəcəyini və həmin qazancdan tanışları da verəcəyini yalandan vəd edib. O, pandemiya dövründə maska biznesi ilə məşğul olub.
Kamal Məmmədov