AZ

“Real” David Alabanın yenidən zədələndiyini bəyan etdi

“Real” “qaymaqlılar”ın 32 yaşlı avstriyalı mərkəz müdafiəçisi David Alabanın xidmətindən yenidən məhrum olub.

Arena.az klubun rəsmi saytına istinadən məlumat verir ki, İspaniya nəhəngi Alabanın yenidən zədələndiyini bəyan edib:

“Real”ı tibbi xidmətinin David Alabanı müayinə etməsindən sonra, futbolçumuzun sol dizinin daxili meniskinin qopması aşkarlanıb”, – “qaymaqlılar”ın mətbuat xidməti bildirib.

Xatırladaq ki, daha əvvəl Alaba cari ilin fevral ayına qədər ötürücü əzələsinin qopmasından sonra bərpa mərhələsi keçirdi. Buna qədər, 2023-cü ilin dekabr ayından 2025-ci ilin yanvar ayına qədər Alaba dizin xaçvarı bağlarının qopmasından sonra uzun və çətin bərpa mərhələsi keçib.

David Alaba “Real”a 2021-ci ilin iyul ayında azad agent qismində “Bayern”dən keçib. Avstriyalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Uzun müddət zədədən əziyyət çəkimiş Alaba cari mövsümdə Alaba “Real”ın heyətində bütün yarışlarda cəmi 14 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Alabanın “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 116 oyun, 5 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Alaba 2009-cu ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasının heyətində 107 oyuna çıxıb, 15 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı avstriyalı mərkəz müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
arena.az

1Mənbələr