"Kəpəz" şok ayrılığın astanasındadır.
Komandanın baş məşqçisi Azər Bağırov hər an istefa verə bilər.
Buna səbəb Gəncə təmsilçisinə gələn yeni rəhbərliyin əcnəbi baş məşqçi gətirmək niyyətində olmasıdır.
Bağırov "Kəpəz"in baş məşqçi postuna 6-cı turda gətirilib.
Buna qədər baş tutan 5 turda komandanın aktivində xal olmayıb.
Qısa müddətdə kollektivi toparlayan yeni çalışdırıcı böyük ölçüdə Premyer Liqada qalmaq hədəfinin öhdəsindən gələ bilib.
Normalda onun müqaviləsində yer alan +1 bəndi bu gün qüvvəyə minməli və yeni mövsümün planları cızılmalı idi.
Amma bunun tam əksini görən Azər Bağırov mövsümün sonuna qədər gözləməyi mənasız hesab edərək getmək barədə qərar verib.
Ola bilər ki, 41 yaşlı mütəxəssis yekun qərarını "Kəpəz"in Premyer Liqada qalması tam təsdiqini tapandan sonra elan etsin.
SPORTİNFO.AZ