BAKI, 1 may. TELEQRAF
Mayın 1-i saat 9:00-a olan məlumata əsasən bəzi çaylarda sululuq artıb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Böyük Qafqaz ərazisindən axan Vəlvələçay-Afurcada 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 6 sm artım qeydə alınıb.
Transsərhəd çaylarında Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 665 m3/san, normanın 92%-ni, Qanıx-Cəlayır məntəqəsində isə 15 sm artıb, su sərfi 178 m3/san, normanın 90%-ni təşkil edir.