AZ

"Real" bu futbolçuya görə 90 milyon avro ödəməyə hazırdır

"Real Madrid" bu yay heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın "Empire of the Kop"a istinadən verdiyi xəbərə görə, Madrid təmsilçisi "Liverpul"un yarımmüdafiəçisi Aleksis MakAllisterin transferini nəzərdən keçirir.

 "Real Madrid" 26 yaşlı futbolçunun keçidi üçün "Liverpul"a 90 milyon avro təklif etməyə hazırdır.

Argentinalının ətrafı futbolçunun La Liqada çıxış etməyə müsbət yanaşdığını ifadə ediblər. Bununla belə, "Liverpul" MakAllisteri heyətdə saxlamağa ümid edir.

Qeyd edək ki, Aleksis MakAllister 2023-cü ilin yayından etibarən "Liverpul"un heyətində çıxış edir.

Seçilən
0
90deqiqe.az

1Mənbələr