AZ

Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib


Aprelin 28-də və 29-daŞimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərində “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” mövzusunda XIX Beynəlxalq Simpozium keçirilib. Simpozium Azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Tədbir Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universiteti (Girnə), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb. Simpoziumda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Moldova, İtaliya, Özbəkistan, İran, Rusiya, ABŞ, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 80-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr