AZ

Həm Messi, həm də Ronaldo üçün uğursuz gecə: Yarımfinalda dayandılar

ABŞ-da KONKAKAF Çempionlar Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter Mayami” doğma meydanda “Vankuver”ə 1:3 hesabı ilə uduzaraq, (ilk oyun 0:2) turnirdə çıxışını başa vurub.

Publika.az xəbər verir ki, ABŞ klubunun ulduz hücumçusu Lionel Messi bütün matçı meydanda olsa da, heç nə ilə yadda qalmayıb.

Argentinalı futbolçunun əzəli rəqibi Kriştiano Ronaldonun da ötən gün Asiyanın ən böyük klub turnirinin yarımfinal mərhələsində məğlub olması diqqət çəkib.

Asiya Çempionlar Liqasında Ronaldonun çıxış etdiyi “Əl Nəsr” Yaponiya təmsilçisi “Kavasaki”yə 2:3 hesabı ilə uduzub. Portuqaliyalı ulduz da bu görüşdə komandası adına heç nə edə bilməyib.

Seçilən
0
publika.az

1Mənbələr