AZ

Xarici bankların müxbir HESABLARI

Xarici banklar yerli banklarda müxbir hesabı açmaq istəyərkən bir sıra sənədlər və məlumatlar təqdim etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasında əksini tapıb.

Bu sənədlər yerli bank tərəfindən etibarlı mənbələrdən yoxlanmalı və risk qiymətləndirməsi aparılmalıdır. Bank, risklərin idarə edilməsi üzrə tədbirlər görərək işgüzar münasibətlərin təhlükəsizliyini təmin edir. Müxbir hesab açılmadan əvvəl, xarici bankın hüquqi vəziyyəti və maliyyə vəziyyəti barədə geniş məlumat alınmalıdır. Bu prosessin məqsədi müxbir hesabların qanuni və təhlükəsiz şəkildə idarə edilməsidir. Risklərin müəyyən edilməsi və idarə edilməsi müştəri uyğunluğu tədbirlərinin əsas hissəsini təşkil edir.

 

Seçilən
0
heftelik.az

1Mənbələr