AZ

Məktəbli qızlar arasında insident nəzarətə götürüldü

Masallı rayonunda məktəbli şagirdlər arasında baş verən insidentlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata əsasən, hazırda fakt üzrə Masallı Rayon Polis Şöbəsində təhqiqat tədbirləri həyata keçirilir.

Xatırladaq ki, hadisə Masallı rayonunun Şərəfə kəndində yerləşən məktəbdə baş verib.
İki məktəbli qız 2009-cu il təvəllüdlü həmyaşıdlarını döyərək ona bədən xəsarətləri yetiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda məktəbli qızlar birləşərək həmcinslərini DÖYDÜLƏR


Zərərçəkmiş şagird xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
0
bizim.media

1Mənbələr