AZ

“Tesla” rəhbərliyi İlon Maskın yerinə yeni direktor axtarır

“Tesla”nın direktorlar şurası İlon Maskı baş direktor vəzifəsində əvəz etməyə yeni CEO axtarışına çıxıb...

Poliqon xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, rəhbərlik bu barədə təxminən bir ay əvvəl - şirkətin səhmləri ucuzlaşdıqdan və bəzi investorlar İlon Maskın Ağ Evə diqqət yetirməsindən qıcıqlandıqdan sonra düşünməyə başlayıb.

Mənbələr bildiriblər ki, şura üzvləri “Tesla”nın növbəti CEO-nun tapılması üçün rəsmi olaraq artıq bir neçə icraçı axtarış firması ilə əlaqə saxlayıblar.

Qeyd edək ki, daha əvvəl İlon Mask may ayından etibarən Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) əhəmiyyətli dərəcədə daha az vaxt ayıracağını bildirmişdi. İş adamının sözlərinə görə, o, bu qərarı “Tesla”nın gəlirlərinin azalması fonunda verib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr