“Top-5” liqalarda oynamayan ən dəyərli gənc futbolçular müəyyənləşib.
Msport.az xəbər verir ki, CİES Futbol Observatoriyası 20 yaşadək ümumilikdə 100 oyunçuya yer verib.
Ən bahalı futbolçu “Ayaks”ın üzvü Yorrel Hatodur. Onun transfer qiyməti 56,2 milyon avroya bərabər göstərilib. “Sportinq”li Covani Quenda 40,2 milyon avro ilə ikincidir.
İlk “üçlüy”ü “Ayaks”ın digər futbolçusu Mika Qodts qapayır. O, 37,1 milyon avro dəyərindədir.