İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.
Bu barədə İsrail mediası məlumat yayıb.
Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. Ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb.
AFP-nin məlumatına görə, İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib.
İsraildə meşə yanğınları səbəbindən Qüds və Təl-Əviv arasında yollar bağlanıb.
İsrail yanğınla mübarizə üçün qonşu ölkələrdən, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürmə təyyarələri istəyib.
“Yediot Ahronot”un məlumatına görə, yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.