AZ

Messinin komandası CONCACAF Çempionlar Kubokunun finalına yüksələ bilmədi

Səkkiz qat “Qızıl top” sahibi argentinalı Lionel Messinin çıxış etdiyi “İnter Mayami” CONCACAF Çempionlar Kubokunun yarımfinal mərhələsinin cavab oyununda Vankuverə 1:3 hesabı ilə məğlub olub. 

Ucnoqta.az xəbər verir ki, görüş Mayamidə baş tutub.

Argentinalı ulduz bütün matçı meydanda qol vurmadan keçirib. Komandalar arasında ilk görüş 2:0 hesabı ilə Vankuverlilərin xeyrinə başa çatıb. "İnter Mayami"nin iki matçda yeganə qolunu uruqvaylı hücumçu Luis Suaresin ötürməsi ilə ispan müdafiəçi Jordi Alba vurub.

Seçilən
0
ucnoqta.az

1Mənbələr