AZ

Mövsüm onun üçün erkən başa çatdı

Antonio Rüdigerin aqibəti böyük ölçüdə müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Real”ın futbolçusu əməliyyat olunub.

Diz bağındakı zədə səbəbindən əməliyyat edilən almaniyalı müdafiəçinin nə qədər yaşıl meydanlardan kənarda qalacağı hələlik açıqlanmayıb. İspaniya mətbuatı Antonionun sağalma müddətinin təxminən 6-8 həftə çəkəcəyini xəbər verib. Bu isə onun üçün mövsümün erkən başa vurması deməkdi.

32 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
0
football-plus.az

1Mənbələr